Hindistan Pakistan ərazisinə raket zərbələri endirdi

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirdi.
Teleqraf “ARY News”a istinadən xəbər verir ki, bu barədə Pakistan silahli qüvvələrin ictimaiyyətlə əlaqələr idarəsinin baş direktoru general-leytenant Ahmed Şərif Çaudri məlumat verib.
O, raket zərbələrinin Kotli, Müzəffərabad və Bahavalpur bölgələrinə endirildiyini bildirib və bu hücumun cəzasız qalmayacağını bildirib.