Keyt Kelloqq: Ukrayna Rusiya ilə münaqişəni dondurmaq istəyir

Ukrayna hakimiyyəti Rusiya ilə cəbhə xəttində münaqişəni dondurmaq və demilitarizasiya zonası yaratmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Ukraynalılar hazırkı təmas xətti üzrə atəşkəsin olmasını, sonra isə silahsızlaşdırılmış zonanın yaradılmasını istəyirlər”, - Kelloq deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Silahlı Qüvvələri 15 km geri çəkilə bilər və Rusiya ordusundan da bu gözlənilir", - Kelloq yekunlaşdırdı.