Lukaşenkonun Putinə hədiyyəsi: görün nə gətirdi

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonun ona hədiyyə verdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.
“Bu, Aleksandr Qriqoryeviçin hədiyyəsidir. Belarus şokoladlarıdır, çox dadlıdır”, – Rusiya lideri deyib.
Sözügedən şokolad qutusu Putinin mənzilinin mətbəxində olub.
Kadrlar yeni “Rusiya. Kreml. Putin -25 il” filminə daxil edilib.