Bia.Az

Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir - FOTO

Dünya
 1-05-2025, 01:02     443

Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb öldürüldükdən sonra ölkəsinə qaytarılan meyitində işgəncə izləri aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu iddia ilə nypost nəşri çıxış edib.

Araşdırmalara görə Roşçinanın beyni, gözləri və qırtlağı çıxarılıb. 27 yaşlı jurnalistin cəsədi 757 ukraynalının qalıqları ilə aparılan dəyişmə zamanı Ukraynaya qaytarılıb və "naməlum kişi" kimi qeydiyyata alınıb.

Ukrayna Baş Prokurorluğunun müharibə cinayətləri idarəsinin rəhbəri Yuri Belousov bildirib ki, meyitdə qabırğa sınığı, cızıqlar, qan sızmaları və elektrik şoklarının izləri müşahidə olunub. Boynundakı göyərti isə boğulma ehtimalını göstərir.

Roşçinanın meyiti çox pis vəziyyətdə olduğu üçün rəsmi ölüm səbəbi hələ müəyyən edilməyib, əlavə ekspertizalar aparılır.

Jurnalistin atası xarici mütəxəssislərin iştirakı ilə daha geniş araşdırma tələb edir.скачать dle 12.1