Trampdan “Roma Papası” zarafatı

ABŞ Prezidenti Donald Tramp yeni Roma Papası olmaq istədiyini deyib.
Globalinfo.az xəbər verir ki, o, jurnalistlərin “yeni Roma Papası kimi görürsünüz?” sualını cavablandırarkən belə zarafat edib.
“Mən Papa olmaq istərdim. Bu, mənim ilk seçimim olardı”, – deyə o, Ağ Evdə jurnalistlərə bildirib. Daha sonra ciddiləşərək əlavə edib: “Xeyr, bilmirəm, xüsusi bir namizədim yoxdur”.
Tramp, eyni zamanda, adını çəkmədən Nyu-Yorkdan bir kardinal barədə qısaca danışıb.
Xatırladaq ki, Roma Papası Fransisk 2013-cü ildən Roma Katolik Kilsəsinə rəhbərlik edirdi. O, 21 aprel tarixində 88 yaşında insult nəticəsində komaya düşüb və ürək dayanması səbəbilə vəfat edib.
Papa ilə vida mərasimi Müqəddəs Pyotr Kilsəsində baş tutub, dəfn isə 26 aprel tarixində Müqəddəs Pyotr Meydanında keçirilib. O, vəfatından əvvəl öz istəyinə uyğun olaraq, Santa-Mariya-Madcore bazilikasında torpağa tapşırılıb.
Yeni Roma Papasının seçilməsi üçün Vatikanın Sikstin kapellasındakı gizli konklav 7 mayda başlayacaq.