Bia.Az

Zelenski Trampdan Rusiyaya qarşı ritorikasını dəyişməyi tələb etdi

Dünya
 25-04-2025, 09:29     338

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampdan Ukraynanı deyil, Rusiyanı işğalçı adlandırmağı tələb edib.

Teleqraf xəbər verir ki, bunu Zelenski amerikalı ictimai xadim və jurnalist Ben Şapiroya müsahibəsində deyib .

"Biz çox istərdik ki, Birləşmiş Ştatlar başa düşsün ki, işğalçı biz deyil, Rusiyadır. Biz həqiqətən istəyirik ki, Birləşmiş Ştatlar bu sözlərdə tarazlıq axtarmasın", - Zelenski müsahibəsində deyib.

O əlavə edib ki, Amerika prezidentinə Ukrayna münaqişəsinin həllinə “müəyyən yanaşma” axtardığına görə hörmət edir.

V.Zelenski müsahibəsində Trampdan Kiyevin Rusiya ilə münaqişəyə səbəb olduğunu deməməyi xahiş edib: "Ukrayna hələ də ABŞ ilə birlikdə “güc vasitəsilə sülhə” nail olmaq istəyir".скачать dle 12.1