AB Krımı Rusiya ərazisi kimi tanımayacaq

AB ABŞ Prezidenti Donald Tramp administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımaq istəmədiyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti Avropa rəsmilərinə istinadən məlumat yayıb.
“Artıq Tramp administrasiyasına bildirilib ki, Avropa paytaxtlarının Krımı Rusiya ərazisi kimi tanıması mümkün olmayacaq”, - mənbə qeyd edib.