Ukraynaya kütləvi raket hücumu: ölənlər var – FOTO

Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində altı uşaq və bir hamilə qadın daxil olmaqla, 9 nəfər ölüb, 63 nəfər yaralanıb.
“42 nəfər, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib”, – əlavə edilib.
Həmçinin yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir:
“Yanğınlar qarajlarda, inzibati, qeyri-yaşayış binalarında baş verib”.