KİV: ABŞ London görüşündə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək

ABŞ Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək görüşdə Krımın Rusiya ərazisi kimi tanınmasını və cəbhə xəttində döyüşlərin dayandırılmasını təklif edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri öz mənbələrinə istinadən məlumat paylaşıb.
Qeyd olunur ki, Ukraynanın müttəfiqləri istənilən bu cür ərazi güzəştləri müqabilində ölkə üçün təhlükəsizlik zəmanətləri və yenidənqurma proqramları almağa ümid edirlər.
Bildirilir ki, ötən həftə Parisdə keçirilən görüş zamanı Vaşinqtondan oxşar təkliflər Ukrayna tərəfinə təqdim edilib.
Buna cavab olaraq, Moskvanın Ukraynada hərbi əməliyyatları dayandıracağı gözlənilir.