Bia.Az

Jirinovskinin pasportu hərraca çıxarılır – Qiymət

Dünya
 22-04-2025, 09:38     321

Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin xarici pasportu Sankt-Peterburqda hərraca çıxarılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, başlanğıc qiymət 100 min rubl olaraq (təxminən 2 min manat) müəyyən edilib.

“Sənəd 1992–1997-ci illəri əhatə edir. Burada sərhəd xidməti möhürləri, Jirinovskinin şəxsi vizaları və avtoqrafı var. Ümumilikdə, yaxşı vəziyyətdədir”, – deyə hərrac kataloqunda yazılıb.

Qeyd olunub ki, pasport 1992-ci il oktyabrın 19-da Jirinovskiyə beş il müddətinə verilib.

Hərrac aprelin 27-də keçiriləcək.скачать dle 12.1