Bia.Az

Trampın təklifi rədd edildi – Putin 30 gündən 30 saata düşdü

Dünya
 21-04-2025, 11:35     355

Rusiya hökuməti ABŞ Prezidenti Donald Trampın martda təklif etdiyi 30 günlük atəşkəs ideyasını rədd edib, bunun əvəzinə onun rus həmkarı Vladimir Putin Pasxa bayramı üçün 30 saatlıq atəşkəs elan edib.

Teleqraf xəbər verir ki, bu barədə BBC-nin analitik materialında deyilir.

Qeyd olunur ki, Kreml sahibinin təşəbbüsü Ukraynada şübhə ilə qarşılanıb. Prezident Volodimir Zelenski sosial şəbəkədə yazıb ki, Rusiya atəşkəs təəssüratı yaratmağa çalışır, hücumlar isə davam edir.

Rusiya bu müddətdə Ukraynanı atəşkəsi pozmaqda ittiham edib.

Analitiklərə görə, 30 saatlıq atəşkəs sülh arzusu deyil, daha çox Ağ Evlə yaxşı münasibətləri saxlamaq üçün bir vasitədir:

“Birtərəfli, hətta qısamüddətli atəşkəs elan etməklə Kreml sülh tərəfdarının Ukrayna yox, Rusiya olduğunu iddia edə bilər. Qısamüddətli atəşkəs çox qısa müddətdə elan edildi, hər iki tərəfə buna tam hazırlaşmaq üçün vaxt vermədi”.

BBC-yə görə, optimist məqam da var: “Kremlin Pasxa atəşkəsi gözlənilməz olsa da, birdən-birə ortaya çıxmayıb. Son həftələr döyüşlərə son qoymaq üçün intensiv beynəlxalq danışıqlar aparılıb”.

Bəs 30 saatlıq atəşkəs sülh üçün əsas olacaqmı? BBC bunun çətin olduğunu düşünür.
Xatırladaq ki, bu gün gecə saatlarından müvəqqəti atəşkəs başa çatıb. Müharibə davam edir.скачать dle 12.1