Zaxarovadan ABŞ-a cavab: Atəşkəsə Zelenski əməl etmədi!

Ukrayna Amerikanın HIMARS raket sistemlərindən istifadə etməklə "Pasxa atəşkəsi"nə əməl etməyib.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Birləşmiş Ştatların “Pasxa atəşkəsi”nin davamlı olacağına ümid etdiyinə dair bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə Zelenski administrasiyası mülki enerji infrastrukturunu hədəf alıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanın bütün əsas cəbhə xəttlərində atəşkəs vədini pozduğunu açıqlamışdı.