İran rəsmisi: Uranın zənginləşdirilməsi ABŞ ilə danışıqlarda "qırmızı xət"dir

Uranın zənginləşdirilməsi ABŞ ilə danışıqlarda İran üçün "qırmızı xət"dir.
Teleqraf “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini, danışıqlar qrupunun üzvü Kazım Qəribabadi bildirib:
"Sanksiyaların ləğvi İran xalqına iqtisadi fayda gətirəcək şəkildə aparılmalıdır və sadəcə simvolik jest deyil".
Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların birinci raundu Omanda keçirilib. Ötən gün İtaliyanın paytaxtı Romada danışıqların ikinci mərhələsi baş tutub.