Rusiyanın və nasist ermənilərin fətvasıyla separatçılığın son mənzili, bax, budur... -Hələ özlərinə yığışmayıblar...

“Artsax vətəndaşlarının hüquqlarını müdafiə şurası regionlara getməyə qərar verib. Bu o demək deyil ki, onlar Azadlıq meydanını tərk edib çadırı sökürlər. Onlar qalacaqlar, amma bölgələrdə yaşayan artsaxlıların söz və əmrlərini dinləmək üçün bölgələrə bir qrup göndərəcəklər”.
Moderator.az xəbər verir ki, “Hraparak” nəşri bunu guya Azərbaycan ərazisindən köçmüş ermənilər tərəfindən özlərinin hüquqlarını müdafiəsi məqsədi ilə yaradılmış qondarma qurum haqda növbəti məlumatında yazır.
Xəbərdən bəlli olur ki, böyük ehtimalla Putin Rusiyası tərəfindən dəstəklənən və terrorçu eks-prezidentlər, Xocalı caniləri R.Köçəryan və S.Sərksiyan vasitəsilə yönləndirilən “müdafiə şurası” artıq fəaliyyətlərini Ermənistanın bölgələrində də davam etdirməyə qərar veriblər.
“Martın 29-dan mübarizə aparan artsax xalqı, ümumiyyətlə, hökumət üçün qəbuledilməz olan sosial və siyasi tələblər irəli sürür. Baş nazirin müavini(N.Paşinyanın-S.L.) Tiqran Xaçatryan onların danışıqlar aparatçısı təyin olundu və onunla bir neçə dəfə görüşdükdən sonra başa düşdülər ki, Ermənistan hakimiyyətinin istədiyi onları sosial cəhətdən sıxışdırmaq və mühacirətə sövq etməkdir ki, bu da onları “başağrısından” xilas edəcək. Bölgə səfərlərindən sonra şura atacaqları addımların ardıcıllığı ilə bağlı yeni qərar verəcək və çox güman ki, böyük mitinq və bundan sonra da mübarizəni elan edəcəklər”, - xəbərin davamında belə deyilir.
P.S. XIX əsrin sonlarından bəri imperialist qüvvələrin, ən başlıcası Rusiyanın və erməni kilsəsi, “Daşnaksütyun” və s. vasitəsiylə yönləndirilən nasist ermənilərin fətvasıyla Azərbaycan xalqına qarşı aparılan separatçılığın son mənzili, bax, budur... Tənha, yöndəmsiz çadır... Amma göründüyü kimi, hələ özlərinə yığışmayıblar... Hələ “mübarizə”dən, “böyük mitinq”dən dəm vururlar...