Xameneinin Putinə sirli məktubu: orada nə yazılıb? – Açıqlandı

İran xarici işlər naziri Abbas Araqçı ölkənin ali rəhbəri Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubdan danışıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlərin sualını cavablandırıb.
Araqçı bildirib ki, ali rəhbər məktubunda dünyada, eləcə də regionda cərəyan edən son proseslər, həmçinin Tehran-Moskva münasibətlərinin inkişafından bəhs edib.
***11:27
İranın xarici işlər naziri Seyid Abbas Araqçı Rusiyaya gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, o, yüksək rütbəli rəsmilərlə danışıqlar və məsləhətləşmələr aparmaq, ali rəhbər Ayətullah Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə yazılı müraciətini çatdırmaq üçün Moskvaya yola düşüb.
“Nazirin planlaşdırılan səfəri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti və iki ölkə arasında strateji tərəfdaşlar kimi davam edən məsləhətləşmələr çərçivəsində baş tutur. Səfər zamanı Araqçı regional və beynəlxalq hadisələr, eləcə də ABŞ ilə son dolayı danışıqlar barədə müzakirələr aparacaq”.