Bia.Az

Bu ölkələr qarşısında Türkiyəni görəcək - Ərdoğan

Dünya
 16-04-2025, 00:16     412

Suriya 8 dekabr öncəsinə qayıtmayacaq. Bu tarixdən sonra ölkədə yeni bir dövr başlayıb. Suriya sabitlik qazandıqca, bütün bölgə xalqları bundan fayda görəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Suriyanın daimi sülh və sabitliyə qovuşmasına mane olanlar qarşısında yalnız Suriya hökumətini deyil, Türkiyəni də görəcək.

Ərdoğan ölkəsinin bütün imkanları ilə Suriyaya dəstəyini davam etdirəcəyini vurğulayıb.скачать dle 12.1