Qadınlar da orduya cəlb edilməlidir – Palisa

“Güclü olmaq üçün həm kişilər, həm də qadınlar xidmət etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa deyib.
O bildirib ki, ölkə 2022-ci ildəki hadisələrin təkrarına yol verməmək üçün ordusunu gücləndirməlidir.
Onun sözlərinə görə, müasir müdafiə qüvvələri müxtəlif sahələr üzrə ixtisaslı kadrlara ehtiyac duyur və bu səbəbdən hərbi xidmətə yalnız kişilər deyil, qadınlar da cəlb olunmalıdır.
Palisa İsrail təcrübəsini nümunə göstərərək qeyd edib ki, əgər bir şəxs təhsil almaq, dövlət vəzifəsində çalışmaq və ya büdcədən ödənişlər almaq istəyirsə, əvvəlcə dövlət qarşısında borcunu – yəni xidmətini yerinə yetirməlidir.