Ağ Ev: Bütün variantlar masadadır

"Mən Donald Tramp və Milli Təhlükəsizlik Şurasının komandası ilə danışdım və sizə deyə bilərəm ki, bu danışıqlar birbaşadır".
Teleqraf xəbər verir ki, bu barədə cümə günü Ağ Evin sözçüsü Karolin Levitt Tehran və Vaşinqton arasında aparılan danışıqlarla bağlı açıqlama verib.
Ağ Ev sözçüsü əlavə edib ki, Trampın bu danışıqlarda son məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
O deyib: “ABŞ prezidenti bu məqsədə çatmaq üçün diplomatiyaya, birbaşa dialoqa, otaqda üz-üzə danışmağa inanır. o, iranlılara açıq şəkildə bunu bildirib. Onun milli təhlükəsizlik komandası eyni mesajı çatdıracaq ki, bütün variantlar masadadır”.
Ağ Evin sözçüsü vurğulayıb: “İran seçim etməlidir. Ya prezident Trampın tələblərinə təslim olacaqlar, ya da cəhənnəmi gözləməlidirlər. Prezident bu barədə tamamilə qətiyyətli və qərarlıdır."