Bia.Az

Putin və Uitkoff arasında görüş başlayıb – VİDEO

Dünya
 11-04-2025, 19:42     450

Vladimir Putinlə Stiv Uitkoff arasında görüş Sankt-Peterburqda Prezident Kitabxanasında keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Uitkoff hələ uzaqdan Putini əlini ürəyinin üzərinə qoyaraq salamlayıb. Yaxınlaşdıqları zaman isə 10 dəqiqəlik əlsıxmadan sonra tərcüməçi olanda ayaqüstü söhbət ediblər. Birgə foto çəkdiriblər və görüşün keçiriləcəyi zala daxil olublar.

Qeyd edək ki, görüş mətbuata qapalı keçirilir.

***

18:55
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Görüşün gündəmində Moskva və Vaşinqton arasında münasibətlərin normallaşması və Ukrayna münaqişəsinin həlli ilə bağlı bəzi məqamlar dayanır.скачать dle 12.1