Bia.Az

ABŞ bizi hədələməyə davam etsə, onları qovacağıq - İran

Dünya
 11-04-2025, 00:30     584

ABŞ və İsrail İranı hərbi güclə hədələməyə davam edərsə, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıracaq və bütün agentlik müfəttişlərini ölkədən qovacaq.

Axar.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, SEPAH generalı Əli Şamxani bildirib.

“Xarici ölkələrdən davamlı təhdidlər və İrana hərbi hücum cəhdləri Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkədən çıxarılması və onunla əməkdaşlığın dayandırılması kimi qabaqlayıcı tədbirlərin tətbiqinə səbəb ola bilər.

Başqa bir yol zənginləşdirilmiş uranı İran daxilində təhlükəsiz və naməlum yerlərə daşımaq ola bilər”, - deyə o, X-də yazıb.скачать dle 12.1