Tramp açıqladı: indi bir vacib məsələ var – Bryus

Ukraynada sülh olmayınca ABŞ və Rusiya münasibətlərində ciddi dəyişiklik olmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus açıqlama yayıb.
O bildirib ki, Prezident Donald Tramp Ukraynada müharibənin başa çatmasının vacibliyini xüsusi qeyd edib.
“Hesab edirəm ki, Prezident Donald Tramp aydın şəkildə bildirdi ki, Rusiya ilə münasibətlərin gündəmində indi bir məsələ var – Ukraynada müharibəyə son qoymaq. Nə qədər ki, bu məsələ həll olunmayıb, heç bir digər məsələlərə baxılmayacaq”, – Bryus bildirib.