Xamenei barəsində həbs qərarı çıxarıldı

“Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamenei üçün milli və beynəlxalq həbs orderi verilməsini istəyib”, – hesabatda qeyd olunur.
Eksperlər belə bir tədbirin Buenos-Ayres və Tehran arasında münasibətləri xeyli pisləşdirə biləcəyini proqnozlaşdırır.
Qeyd edək ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnib. Hücuma görə günahı Livanın “Hizbullah” təşkilatı üzərinə götürüb.