Bia.Az

ABŞ Miladsız qala bilər – “Reuters”

Dünya
 10-04-2025, 00:04     397

Çin məhsullarına qoyulan gömrük rüsumları ABŞ-ı Milad ağacları və bəzəklərindən məhrum edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”in yazısında yer alıb.

“Reuters” agentliyi Çin istehsalı olan plastik Milad bəzəkləri və ağaclarının istehsalçılarının ABŞ-dan sifarişlərin olmaması barədə xəbər verib. Əvvəllər ABŞ istehsalçıları hər il yaz aylarında Milad sifarişlərini verərdi, amma bu il vəziyyət fərqlidir. Səbəb isə ABŞ-ın Çin əleyhinə tətbiq etdiyi 104 faizlik gömrük rüsumlarıdır.

“Bu il heç bir amerikalı müştərim bircə sifariş belə verməyib”, – deyə süni Milad ağacları istehsal edən fabrikin rəhbəri bildirib.
Agentliyin məlumatına görə, ABŞ pərakəndə satışçıları hər il Çindən 4 milyard dollar dəyərində olan Milad bəzəklərinin 87 faizini alırdı.

 Mütəxəssislər bildirir ki, Çin istehsalçılarının qarşılaşdığı çətinliklər yalnız qiymət artımı ilə məhdudlaşmır. Eyni zamanda, bu ticarət müharibəsi ABŞ-da Milad bayramı ilə əlaqəli məhsul istehsalında və satışlarında da böyük problem yaradacaq. İstehlakçılar daha yüksək qiymət və məhdud məhsul seçimi ilə üzləşəcəklər.скачать dle 12.1