İmamoğlunun həyat yoldaşı siyasətə gəlir? – Özü açıqladı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlunun siyasətlə məşğul olacağı iddia edilib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə yayılan məlumatlara reaksiya verib.
“Dilək olaraq dəyişməmişəm. Keçən il dediyim sözlərin üzərində dururam. Ətrafa, dünyaya qarşı hər zaman həssas olmuşam. Xüsusilə də ölkəmin problemlərini düşünərək, sosial məsuliyyət sahəsində fəaliyyətimi davam etdirəcəm. Amma Əkrəm evimizdəki siyasətçidir və biz də ailə üzvləri olaraq bu yolda ona dəstək olacağıq”, – deyə o bildirib.