Bia.Az

ABŞ bu ölkə vətəndaşlarının bütün vizalarını ləğv edir

Dünya
 7-04-2025, 01:01     473

ABŞ Dövlət Departamenti Cənubi Sudan hökumətini “ABŞ-dan istifadə etməkdə” günahlandırıb və bu ölkə vətəndaşlarının vizalarının ləğvi üçün hazırlıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə təlimatı Dövlət katibi Marko Rubio verib.

“Ölkəmizin immiqrasiya qanunlarının tətbiqi ABŞ-ın milli təhlükəsizliyi və ictimai təhlükəsizliyi üçün çox vacibdir. Başqa bir ölkə deport edilən vətəndaşlarını vaxtında qəbul etməlidir", - Rubionun bəyanatında qeyd olunub.

Bildirilib ki, Cənubi Sudan bu prinsipə əməl etməyib.

Bəyanatda deyilib ki, Cənubi Sudan tam əməkdaşlıq etdikdən sonra hazırkı qərara yenidən baxılacaq.скачать dle 12.1