Bia.Az

Özgür Özəl yenidən CHP sədri seçildi – YENİLƏNİB

Dünya
 6-04-2025, 16:01     481

Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayında vahid namizəd olan Özgür Özəl yenidən sədrliyə seçilib.

Globalinfo.az xəbər verir ki, 1366 nümayəndənin iştirakı ilə keçirilən qurultayda səsvermə bir turda yekunlaşıb.

*** 13:54
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd hazırkı sədr Özgür Özəl olacaq.

Bildirilib ki, sabiq millət vəkili Berhan Şimşek yetərli imza toplaya bilmədiyi üçün namizəd olmayıb. Bundan əvvəl isə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.

***
Türkiyədə ana müxalifət partiyasının – CHP-nin növbədənkənar qurultayı keçirilir.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmət Mədəniyyət Mərkəzində təşkil edilib.

Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.

Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.

Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.скачать dle 12.1