İsveçdə nə baş verir? – Sığınacaqlar hazır vəziyyətə gətirilib, əhaliyə xəbərdarlıq edilib – FOTO

İsveç Üçüncü Dünya müharibəsi ehtimalına qarşı nüvə bunkerlərini hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Ölkədə mövcud 64 min sığınacaq müdafiəyə hazırlıq vəziyyətinə gətirilib, əhaliyə hücum baş verəcəyi təqdirdə riayət etməli olduqları təlimatlar verilib. Məlumata görə, sözügedən bunkerlər partlayışdan, radiasiya və kimyəvi silahdan qorunmaq üçün nəzərdə tutulub.
Bundan əlavə, İsveç 2030-cu ilə qədər hərbi xərclərini ÜDM-nin 3,5 faizinə çatdırmağı planlaşdırır ki, bu da Soyuq Müharibədən bəri ən böyük müdafiə gücləndirilməsi hesab olunur.