Bia.Az

Qaşqay türkləri ETİRAZA QALXDI - BUNA GÖRƏ...

Dünya
 17-03-2025, 10:04     393

Üçüncü dəfə olaraq Şirazda Fars vilayətinin valiliyi qarşısında, Qaşqayi Türkləri öz kimliklərini qorumaq üçün aksiya keçiriblər. Qaşqayi Türkləri milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar, tarixi kimliklərinin qorunması üçün şüarlar səsləndirərək, bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.

Həmçinin, etirazçıların şüarlarında, Azərbaycan Türklərinin Qaqayi qardaşlarına dəstək olmalarını tələb ediblər. Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi Türkmən ittihad ittihad (birləşin birləşin)” şüarları səsləndiriblər.

@ArazNews_az

VİDEO:
Videoya baxmaq üçün bura tıklayın...скачать dle 12.1