BMT-dən ABŞ-a: Hücumları dərhal dayandır!

BMT ABŞ-ın Yəmənə endirdiyi zərbələrdən dolayı narahatdır və bütün hərbi əməliyyatları dayandırmağa çağırır.
Axar.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
“Biz ABŞ-ın bir gecədə Yəmənin husilərin nəzarətində olan ərazilərinə həyata keçirdiyi çoxsaylı zərbələri narahatlıqla qeyd edirik”, - deyə o qeyd edib.
BMT nümayəndəsi Yəməndəki gərginliyin bölgədəki vəziyyəti daha da pisləşdirə biləcəyini vurğulayıb.