Fəlakət ABŞ-ı cənginə aldı: 33 ölü

ABŞ-da güclü qasırğa nəticəsində 33 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Bildirilir ki, bu ölümlərin 15-i tornado ilə əlaqədardır.
Fırtına nəticəsində evlər və müəssisələr dağılıb, bəzi ştatlarda elektrikin verilişində problem yaranıb.
Məlumata görə, sürəti 130 km/saata çatan tornado ölkənin şərqinə doğru irəliləməkdə davam edir.
Meteoroloqlar qasırğanın güclənəcəyi barədə xəbərdarlıq edib və sakinləri ehtiyatlı olmağa çağırıb.