Kreml etiraz etdi, o, danışıqlardan uzaqlaşdırıldı

Kreml ABŞ-a Kit Kelloqun danışıqlarda iştirakını istəmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.
“Kit Kelloq Ukraynaya çox yaxın keçmiş amerikalı generaldır. Bizim adam deyil, bizim axtardığımız deyil”, – rusiyalı məmur televiziya kanalına deyib.
Qeyd edək ki, Kit Kelloq ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsidir. Danışıqlar birbaşa onun səlahiyyətlərinə aid mövzu olsa da, Kremlin təkidi ilə o, Səudiyyə Ərəbistanında keçirilən son iki sammitdə iştirak etməyib.
“Birlikdə biz sülhə nail olacağıq”, – Tramp Kelloqu noyabrda təqdim edərkən demişdi, buna baxmayaraq, Kelloq Ər-Riyadda keçirilən görüşdə olmayıb.
Kelloq administrasiyası məsələyə münasibət bildirməyib. Eləcə də Kreml tərəfindən bu tələbin Ağ Evə nə zaman daxil olduğu da açıqlanmayıb.