Bia.Az

“X” sosial şəbəkəsinə kiberhücum bu ölkədən həyata keçirilib – Mask açıqladı

Dünya
 11-03-2025, 01:25     325

Bu gün günorta saatlarında X sosial şəbəkəsinin işində problem yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə internet resurslarda məlumat yayılıb.

Amerikalı iş adamı və milyarder İlon Mask bununla bağlı açıqlama verib və sayta kiberhücum olduğunu bildirib. Onun sözlərinə görə, kiberhücumlar Ukraynadan edilib.

“Biz hələ detallarla bağlı tam əmin deyilik, lakin saytı sıradan çıxarmaq üçün çox güclü kiberhücum həyata keçirilib. IP ünvanlar hücumların Ukraynadan həyata keçirildiyini göstərir”, – Mask “Fox Business”ə müsahibəsində qeyd edib.

Qeyd edək ki, saytın işində problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə qeydə alınıb. Ən çox şikayət isə Yaponiyadan daxil olub. 70 mindən çox istifadəçi saytın işindəki nasazlıqla bağlı şikayət edib.скачать dle 12.1