Jurnalistin Putinlə bağıı sualı Trampın xətrinə dəydi

ABŞ prezidenti Tramp rusiyalı həmkarının ona hörmət etməməsi ilə bağlı sualdan inciyib.
SAVASHMEDİA.az “Fox” telekanalına istinadən xəbər verir ki, bu, Trampın “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərlə ünsiyyəti zamanı baş verib. Jurnalistin “Hesab edirsinizmi Putin Ukraynaya hücum etməklə ABŞ prezidentinə hörmətsizlik göstərir?” sualı Tramp üçün gözlənilməz olub.Onların arasında dialoq aşağıdakı kimi davam edib.
Tramp: “O, mənə hörmət etmir?”
Jurnalist: “Bəli”.
Tramp: “Sən haradansan?”
Jurnalist: “Mən “Washington Post”danam”.
Tramp: “Sən etibarı çox itirdin”.