Bia.Az

Ağ Evdə növbəti qalmaqal: bu dəfə İlon Mask mübahisəyə qoşuldu

Dünya
 8-03-2025, 01:09     538

Ağ Evdə iclas zamanı növbəti dəfə qalmaqal yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

İddiaya görə, iclas zamanı milyarder İlon Maskla dövlət katibi Marko Rubio və nəqliyyat naziri Şon Daffi arasında mübahisə düşüb. Mənbə Marko Rubionun mübahisə zamanı özündən çıxdığını qeyd edir.

İlon Mask Marko Rubionu işçiləri ixtisar etməməkdə ittiham edib, daha sonra isə Şon Daffini aviadispetçerləri işdən azad etmək istəməkdə günahlandırıb. Rubio və Daffi ittihamları qəbul etməyib, İlon Maskı “yalançı” adlandırıb və onun departamentdəki işindən narazılıqlarını dilə gətiriblər.скачать dle 12.1