Ərdoğan və Putin hər an... - Kılıç

Hazırda Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında şəxsi görüş planlaşdırılmır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib.
"Hazırda belə bir şey planlaşdırılmayıb, lakin bu, hər an baş verə bilər. Hadisələr o qədər sürətlə inkişaf edir ki, görüş ola da bilər, olmaya da. Amma hazırda bu suala konkret cavab verə bilmərəm. Əlaqələr davam edir", - Kılıç bildirib.