Avropa İttifaqının Brüssel sammiti: nələr qərara alındı?

Bu gün Brüsseldə Avropa İttifaqının növbəti sammiti keçirilib.
Globalinfo.az TASS-a istinadla xəbər verir ki, sammitdə bir sıra qərarlar qəbul edilib:
Avropa bütün tərəflərin təhlükəsizlik çağırışlarına avtonom şəkildə cavab verməlidir;
Avropa Komissiyası müdafiə üçün əlavə maliyyə mənbələri təklif etməlidir;
Avropa Komissiyasına üzv ölkələrə müdafiə üçün 150 milyard avroya qədər kredit ayırmaq təklifi təsdiqlənməyib;
Avropa İnvestisiya Bankının hərbi proqramların maliyyələşdirilməsinə istiqamətləndirilməsi qərara alınıb;
Avropanın remilitarizasiyası NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək, prioritetlər hava hücumundan müdafiə, artilleriya və raketlər, pilotsuz təyyarələr olacaq.