Bia.Az

Ukrayna və ABŞ birgə işlərə başladı – Zelenski xəbər verdi

Dünya
 6-03-2025, 00:19     454

Ukrayna və ABŞ nümayəndələri iclas çağırmaq üzərində işlərə başlayıblar.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciəti zamanı deyib.

“Bu gün Ukrayna və ABŞ komandaları toplantı təşkil etmək üzrə işlərə başladılar. Andriy Yermak və Mayk Uolts arasında telefon danışığı oldu, müsbət irəliləyiş var. Növbəti həftə ilk nəticələri görəcəyik”, – Ukrayna Prezidenti qeyd edib.

O, həmçinin martın 6-da Brüsseldə keçiriləcək Avropa İttifaqı ölkələrinin növbədənkənar sammitində iştirak edəcəyini də vurğulayıb.

“Diplomatik hadisələrin nə qədər sürətlə inkişaf etdiyini hər kəs görür”, – deyə əlavə edib.скачать dle 12.1