Bia.Az

Tramp Qorbaçovun sözlərini təkrarladı: ölümcül olacaq! – Podolyaka

Dünya
 5-03-2025, 17:07     400

“ABŞ Prezidenti Donald Tramp keçmiş SSRİ lideri Mixail Qorbaçovun amerikalı ekvivalentidir”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi bloger Yuri Podolyaka bildirib.

Onun sözlərinə görə, Tramp Konqresə müraciətində yeni heç nə deməyib və çıxışında söylədikləri Qorbaçovun Sov.İKP-nin 27-ci qurultayındakı çıxışı ilə eynidir.

“Əgər dövrün təfərrüatlarını və daxili fonunu çıxarsanız, konseptual olaraq eynidir. Mən Trampa “tam uğur” və Qorbaçov kimi “nəticə” əldə etməyi arzulayıram. Bu, ölkə üçün ölümcül addımdır”, – Y.Podolyaka qeyd edib.скачать dle 12.1