Bia.Az

Ukraynaya hərbi yardım davam edəcəkmi? – Tramp cavabladı

Dünya
 4-03-2025, 01:18     353

Ukraynaya hərbi yardımın dayandırılması hələ müzakirə edilməyib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ukraynada sülh məsələsinə toxunan Tramp ən qısa zamanda razılığa nail olmaq istədiyini qeyd edib.

“ABŞ ən qısa zamanda Ukraynada müharibənin dayandırılmasını istəyir, onun daha bir neçə il davam etməsini istəmirik”, – ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, daha əvvəl Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı iclas çağırdığını və toplantı zamanı Ukraynaya hərbi yardımın dayandırılmasının da gündəliyə daxil edildiyi deyilmişdi.скачать dle 12.1