Moskvaya getmək istəyən ruslar aeroportda qaldı

Rusiyalı sərnişinlər Tbilisidən Moskvaya uça bilməyiblər.
Globalinfo.az xəbər verir ki, buna səbəb təyyarə dəyişikliyi olub.
“20-dən çox rusiyalı Tbilisi hava limanında ilişib qalıb. Günorta saatlarında yola düşməli olan “Red Vinqs” Hava Yollarına məxsus “WZ-560” reysinin sərnişinləri narazılıq edib. Onlar qeyd edib ki, şirkət heç bir alternativ uçuş variantı təklif etməyib. Lakin əlavə zəmanət və kompensasiya olmadan biletləri qaytara biləcəklərini bildiriblər”, – deyə “Maş” teleqram kanalı yazıb.