Bia.Az

Trampın gizli arzusu: Zelenskiyə buna görə təzyiq edir

Dünya
 2-03-2025, 14:00     404

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını qazanmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

İddia olunub ki, Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisəsi də buna görədir:

“Tramp administrasiyasının Ukrayna və Qəzzada döyüşlərə son qoymağa çalışması mükafatla bağlı söz-söhbətə səbəb olub. Ağ Ev rəhbərinin Nobel mükafatını qazanması onun xüsusilə Ukraynadakı döyüşləri dayandıra bilməsindən çox asılı olacaq”.

Nəşr xatırladıb ki, Donald Tramp prezidentliyi dövründə bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib:

“Onun xarici siyasətini tənqid edənlər hesab edirlər ki, Nobel Sülh Mükafatına layiq deyil. Çünki Trampın Yaxın Şərqdə, o cümlədən Ukrayna ilə Rusiya arasında davamlı sülhü təmin edə biləcəyi sual altındadır. Bundan əlavə, onun Rusiyaya açıq-aşkar dəstəyi Norveç komitəsinin qərarına təsir edə bilər”скачать dle 12.1