Bia.Az

ABŞ-ın dəstəyi olmadan Rusiya ilə döyüşmək çətin olacaq - Zelenski

Dünya
 1-03-2025, 11:47     486

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla fəlakətli görüşdən sonra Amerikanın dəstəyi olmadan Ukraynanın qalib gəlməsinin çətin olacağını etiraf edib, lakin Avropanın Kiyevi maliyyələşdirməyə davam etməyə hazır olduğuna inanır.

Bizimyol.info xəbər verir ki, BBC-nin məlumatına görə, aparıcı Bret Bayer Zelenskidən Ukraynanın ABŞ-ın davamlı dəstəyi olmadan Rusiyanı dayandıra biləcəyini soruşub.
"Bizim üçün çətin olardı. Ona görə də buradayam", - deyə o cavab verib. Prezident əlavə edib ki, Ukrayna azadlığını itirə bilməz. “Ruslar ərazimizə, evlərimizə girdilər... o qədər insanı öldürdülər. Sadəcə bunu unutmaq və Putinin yaxşı oğlan olduğunu söyləmək üçün, yox” - deyə Zelenski qeyd edib.
O, ABŞ Ukraynanın gələcəyi üçün təhlükəsizlik zəmanəti verəndə Rusiya ilə diplomatiyaya açıq olduğunu bildirib. Prezident hesab edir ki, ABŞ-ın hazırkı hərbi yardımı kifayət deyil. "ABŞ-dan kifayət qədər yeni dəstəyi görmürük", - deyə qeyd edib.
Respublikaçı senator Lindsey Grahamın ABŞ-ın onunla artıq danışıqlar apara bilməyəcəyi ilə bağlı təklifinə cavab olaraq Zelenski: "Amerikalılar Amerika öz prezidentlərinə səs verirlər və ukraynalılar da eyni qayda ilə öz prezidentlərini özləri çeçirlər", - deyib
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa və ABŞ xalqına göstərilən yardıma görə minnətdar olduğunu bildirib. O, bunu “Fox News”a müsahibəsində bildirib və qeyd edib ki, ukraynalılar döyüşləri hamıdan çox bitirmək istəyirlər. “Heç kim bizdən çox müharibəni bitirmək istəmir. Sadəcə olaraq deyirəm ki, Putini dayandırmaq üçün ABŞ-la eyni tərəfdə olmalıyıq”, - deyə Zelenski qeyd edib./Bizimyol.infoскачать dle 12.1