Bia.Az

“Ukrayna üçün türk çətiri” – Ərdoğandan diqqətçəkən jest

Dünya
 19-02-2025, 01:07     463

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 17-də Türkiyəyə səfər edib.

Globalinfo.az xəbər verir ki, Prezidenti Ankara səfərində xanımı Olena Zelenskaya müşayiət edib.

Zelenski fevralın 18-də Ankarada bir sıra görüşlər keçirib, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbiri ziyarət edib, xatirə dəftərinə ürək sözlərini yazıb.

Daha sonraVolodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Görüş sonrası çəkilən foto beynəlxalq medianın diqqətini cəlb edib.

Fotoda Rəcəb Tayyib Ərdoğan Zelenskinin və özünün başı üzərində çətir tutub. Türkiyə mediasında da bu fotoya maraqlı şərh yazılıb:

“Ukrayna Türkiyə çətirinin altında”скачать dle 12.1