Məşhur teleaparıcıdan Putinə təklif: "Britaniyanın Baş naziri olun"
Britaniyalı teleaparıcı Ceremi Klarkson Rusiya prezidenti Vladimir Putini ölkə hökumətinin başçısı kimi görməkdən şad olacağını bildirib.
Teleqraf xəbər verir ki, teleaparıcı bu barədə “ The Sunday Times” qəzetində danışıb.
Klarkson deyib: “Mən istənilən dünya liderini... indi hakimiyyətdə olan şəxsdən üstün tutardım. Tramp, Meloni, hətta Putin: Mən onlardan hər hansınə sevinclə qucaq açardım".





