Bia.Az

Keçmiş prezident silsilə aksiyalara başlayır

Dünya
 17-02-2025, 00:36     351

Moldovanın keçmiş prezidenti və Sosialistlər Partiyasının lideri İqor Dodon hazırkı hökumətə qarşı silsilə etiraz aksiyalarının başlayacağını elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyusmaker” nəşri məlumat yayıb.

Siyasətçi müsahibəsində bildirib ki, ilk aksiya şənbə günü, fevralın 22-də prezident administrasiyası binası yaxınlığında planlaşdırılıb.

Dodon qeyd edib ki, etiraz aksiyaları siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlar üçün açıq olacaq.скачать dle 12.1