Bia.Az

Tramp Putinin “quyruq” paylaşımını bəyəndi

Dünya
 11-02-2025, 01:12     457

Ağ Evin yeni sahibi Rusiya Prezidentinin sosial şəbəkədə Avropa İttifaqı ölkələrinə rüsumların tətbiq edilməsi barədə paylaşdığı rəyi bəyənib.

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həmin yazını öz sosial media hesabında yenidən paylaşıb.
“Tramp öz xarakteri, inadkarlığı ilə oralarda qısa zamanda səliqə yaradacaq. Hər şey o qədər tez baş verəcək ki. Görəcəksiniz. Tezliklə hər kəs sahibinin ayağının yanında duracaq və quyruğunu bulayacaq. Hər şey yerinə oturacaq”, – deyə Putin yazıb.
Tramp həmin yazını sosial media hesabında heç bir şərh vermədən paylaşıb.
 
image 750x 67aa2e472c2adскачать dle 12.1