Putini şoka salmaq lazımdır: yalnız o bacarar – Conson

“Ukrayna Qərbdən gərək real təhlükəsizlik zəmanəti alsın, yoxsa müharibə Putinin triumfu ilə bitəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Meyil”dəki köşəsində yazıb.
Onun sözlərinə görə, Qərb gərək Putini şoka salsın və ABŞ Prezidenti Donald Tramp bunu etmək gücündədir:
“Heç bir ərazi kompromisi müharibəni dayandırmayacaq. Ona görə ki müharibə əsasən ərazilərə görə deyil. Məsələ Ukraynanın gələcəyidir. O, Qərbin bir parçası olacaq, yoxsa yenə Kremlin nəzarətinə qayıdacaq? Əgər biz Ukraynanın taleyini Qərbin bir hissəsi kimi həll etməsək, Putin üçün triumf təmin ediləcək. O, əlində olanları saxlayacaq və vəziyyəti Ukraynanın destabilizasiyası üçün istifadə edəcək. Kiyev hökuməti yıxılmayana qədər, vətəndaş müharibəsi yaranmayana qədər dayanmayacaq. Putin ukraynalılara mesaj verəcək ki, Qərb sizi atdı. Bunu Çin də arzulayır. Bu müharibə yalnız Putin Ukraynanın heç vaxt onun orbitinə qayıtmayacağını anlayanda bitəcək”.