Bia.Az

Suriyada yeni dövr başlayır – Əhməd əl-Şaraa açıqladı

Dünya
 31-01-2025, 01:02     584

Suriyada keçid dövrünün prezidenti Əhməd əl-Şaraa ilk rəsmi müraciətini edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Əhməd əl-Şaraa müraciəti zamanı Suriyada keçid hökumətinin qurulması istiqamətində işlərin başlandığını elan edib.

“Biz bütün suriyalıların, eləcə də qadınların və gənclərin maraqlarına xidmət edən keçid hökumətinin formalaşdırılması istiqamətində işləyəcəyik”, – deyə Əhməd əl-Şaraa bildirib.

O, həmçinin bütün Suriya ərazisinin nəzarətə götürüləcəyinə söz verib.скачать dle 12.1