Bia.Az

ABŞ-dan vacib addım: Trampın qərarı məyus edəcək

Dünya
 30-01-2025, 01:14     610

Başqa ölkələrə yardımların dayandırılması ilə ABŞ 1 milyard dollardan çox qənaət etməyə müvəffəq olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında yer alıb.

Sənəddə 90 gün ərzində başqa ölkələrə yardımın dayandırılması haqqında qərarın artıq divident qazandırmağa başladığı deyilir.

“Biz gərəksiz xərclərimizi azaldırıq. Milli təhlükəsizlik maraqlarımıza uyğun olmayan prosedurları müəyyən edirik. Hətta son illərdə Ukraynaya səxavətli dəstəyimizi nəzərə almasaq, ABŞ hər il başqa ölkələrə yardım üçün 70 milyard dollar xərcləyir”, – deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, yanvarın 25-i ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin 90 gün müddətinə dayandırılması barədə göstəriş verib.скачать dle 12.1