Kremldən Putinə sui-qəsd iddiasına REAKSİYA

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd iddiasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Peskov Rusiya xüsusi xidmət orqanlarının prezidentin təhlükəsizliyini təmin etmək üçün daim tədbirlər gördüyünü qeyd edib.
Xatırladaq ki, bundan öncə amerikalı jurnalist Taker Karlson ABŞ-ın keçmiş Prezidenti Co Bayden administrasiyasının Rusiya lideri Vladimir Putini öldürməyə cəhd göstərdiyini iddia edib.